“Hürriyyət”dəki müsahibəsinə görə məhkəməyə verilən Anar Bağırov - TƏKZİB ETDİ
Nərimanov rayon məhkəməsindən "ədalətli" qərar - KOLLEGİYA SƏDRİNİN NÜMAYƏNDƏSİNİN BİR-BİRİNİ TUTMAYAN CAVABLARI
“Hürriyyət”in ötən saylarında “Hüquq Bürosu” MMC-nin rəhbəri, hüquqi xidmət üzrə sahibkarlıq fəaliyyətiylə məşğul olan Alıyeva Arzu İdayət qızının Vəkillər Kollegiyasından şikayətini dərc etmişdik. Arzu xanım hesab edir ki, ona qarşı qərəzli münasibət səbəbindən Vəkillər Kollegiyasına üzv ola bilmir.
Şifahi test imtahalarından 90 bal topladığını deyən Arzu Alıyevanın sözlərinə görə, 30 ilə yaxındır hüquqşünas kimi fəaliyyət göstərir. O, Qarabağ müharibəsi əlilinin həyat yoldaşı kimi, pozulmuş hüquqlarının bərpa edilməsi üçün Prezident İlham Əliyevə də müraciət edib.
Məsələylə bağlı Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Hürriyyət”in əməkdaşının suallarını belə cavablandırmışdı: “Mənim adımı bu məsələdə hallandırmayın. İmtahan qəbul edən şəxs deyiləm. Mənim o xanıma qarşı nə qərəzim ola bilər?! Yüzlərlə adam imtahan verir. Kəsilən də ola bilər. Arzu Alıyeva kollegiyadan xaric edilən zaman sədr mən deyildim. Onu heç tanımamışam. Arzu Alıyevaya qarşı heç bir qərəz göstərilməyib. Hər bir şəxs, eləcə də Arzu Alıyeva məhkəmə qaydasında müraciət edə bilər. Amma kiməsə qarşı şər-böhtan atmaq düzgün yol deyil. Hüquqşünas hüquqi vasitələrdən istifadə etməlidir, şər-böhtan vasitələrinə əl atmamalıdır”.
Hüquqşünas Arzu Alıyeva Vəkillər Kollegiyasının sədri Anar Bağırovun "Hürriyyət"ə verdiyi müsahibəsində onunla bağlı ifadəsinə görə, eyni zamanda şərəf və ləyaqətini, eləcə də işgüzar nüfuzunu ləkələyən məlumata görə təkzib vermə və üzr istəmə öhdəliyinin qoyulmasıyla bağlı Nərimanov rayon məhkəməsinə müraciət etmişdi. Hüquqşünas müsahibəsində cavabdeh A.Bağırovun həqiqətə uyğun olmayan məlumatlar barədə təkzib verməli və üzr istəməli olduğunu vurğulamışdı:
"Cavabdeh Bağırov Anar Ramiz oğlu məni şər-böhtan atmaqda təqsirləndirməklə mənim şərəf və ləyaqətimə, eləcə də işgüzar nüfuzuma ləkə gətirmişdir. O tək şərəf və ləyaqətə ləkə gətirən sözlər işlətməmiş, eyni zamanda məni cinayət törətməkdə ittiham etmişdir. Ona görə də cavabdeh A.Bağırov həqiqətə uyğun olmayan bu məlumatlar barədə təkzib verməli və üzr istəməlidir".
Avqustun 30-da Nərimanov rayon məhkəməsində hakim Əsədova Gültəkin Akif qızının sədrliyi ilə baş tutan sonuncu məhkəmə prosesində təəssüf ki, ədalətsiz qərar qəbul edilib. Cavabdeh Anar Bağırov hər iki prosesdə məhkəmədə iştirak etməyib. Nəticədə isə nümayəndəsi və vəkili-Yaqubova Sima Sədrəddin qızını prosesə göndərib. Anar Bağırovun məhkəməyə göndərdiyi nümayəndəsi qeyd edir ki, cənab Bağırov heç vaxt heç bir mediya mənsublarına müsahibə verməmişdir. Amma, daha sonra Anar Bağırovun "Hürriyyət"ə verdiyi müsahibədəki fikirlərlə bağlı polemika aparır. Bəs, "Hürriyyət"in əməkdaşıyla danışdığı nə anlam daşıyır?...
Anar Bağırovun vəkili Sima Yaqubova məhkəmə çıxışında qeyd edir ki, kollegiya sədrinin "hüquqşünas hüquqi vasitələrdən istifadə etməlidir, şər-böhtan vasitələrinə əl atmamalıdır” ifadəsi ümumi tövsiyyə xarakterlidir və bütün şəxslərə çox faydalı bir məsləhətdir. Cavabdehin vəkili qeyd edir ki, Anar Bağırov şikayətçiləri həmişə qəbul edib və onları səbrlə dinləyib.
Daha sonra cavabdehin vəkili müvəkkilinin Arzu Alıyeva barəsində hər hansısa media nümayəndəsinə müsahibə vermədiyini və iddiaçının barəsində şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyən ifadələr işlətmədiyini vurğulayır. "Hürriyyət" olaraq bildiririk ki, əməkdaşımızın Vəkillər Kollegiyasının sədri Anar Bağırovla olan müsahibəsi baş tutub. Müsahibə almamışdan əvvəl onunla söhbətdə hüquqşünas Arzu Alıyevanın onunla bağlı səsləndirdiyi fikirlərə açıqlama verilməsi bildirilib. Əvvəlcə müsahibə vermək istəməyən Anar Bağırov sonradan onunla bağlı səsləndirilən fikirlərə aydınlıq gətirmişdir. Fikirləri təhrif olunmadan qəzetdə dərc edilib.
Hörmətli Anar Bağırov, onun vəkili Sima Yaqubova və hakim Gültəkin Əsədova aşağıda səsləndirilən fikirləri yenidən diqqətlə oxumağınız xahiş olunur. Hər halda müsahibə əsnasında deyilən fikirlər şikayətçi Arzu Alıyevanın Anar Bağırovla səsləndirdiyi fikirlər ətrafında gedib:
“Hürriyyət” qəzetinin 24-26 aprel 2021-ci il tarixli buraxılışında Anar Bağırovun Arzu Alıyevayla bağlı səsləndirdiyi fikirləri bir daha oxucularımıza olduğu kimi təqdim edirik: “Arzu Alıyevaya qarşı heç bir qərəz göstərilməyib. Hər bir şəxs, eləcə də Arzu Alıyeva məhkəmə qaydasında müraciət edə bilər. Amma kiməsə qarşı şər-böhtan atmaq düzgün yol deyil. Hüquqşünas hüquqi vasitələrdən istifadə etməlidir, şər-böhtan vasitələrinə əl atmamalıdır”.
Məhkəməs prosesində hər şeyin açıq-aşkar təqdim edilməsinə rəğmən Anar Bağırovun nümayəndəsi Sima Yaqubova sözgüdən fikirlərin hüquqşünas Arzu Alıyevayla bağlı deyilmədiyini qeyd edib. Düzdür, məhkəmənin yanlış qərar verməsi məlum məsələdir. Amma, onların bu fikirləri demələrini inkar etmələrini də təkzib kimi qiymətləndirmək olar.
Ənənəvi olaraq öyrəşdiyimiz ədalətsiz məhkəmə qərarları bu dəfə də bizi bir daha məyus etdi. Hər şeyə rəğmən ümid edirik ki, ölkə başçısı cənab İlham Əliyevin birbaşa nəzarəti altında ədalətli və qərəzsiz məhkəmə prosesləri baş tutacaq.
QEYD: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.