“Sirius” vəkil bürosunun açılışı keçirilib - FOTO
Fevralın 10-u Vəkillər Kollegiyasının sədri Anar Bağırovun iştirakı ilə Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi 5 a ünvanında yerləşən “Sirius” Vəkil Bürosunun ofisinin açılışı keçirilib.
Açılış mərasimində Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Rəyasət Heyətinin üzvü Turqay Hüseynov, Milli Məclisin deputatları Kamal Cəfərov və Bəhruz Məhərrəmov, həmçinin vəkillər və hüquqşünas alimlər iştirak edib.
Açılışda iştirak edən qonaqları ofis ilə tanış edən büronun müdiri “Sirius” Vəkil Bürosunun müdiri Sübhan Əliyev məlumat verərək bildirib ki, büronun ümumi sahəsi 350 kv metr olmaqla 3 mərtəbədən ibarətdir. Büroda 5 ədəd geniş pəncərəli vəkil otağı, 1 konfidensial görüş otağı, 2 sanitar qovşağı, bir geniş mətbəx, bir konfrans otağından ibarət olmaqla hər cür mebellə təchiz olunub. Vəkillərin fəaliyyəti üçün tam rahat və komfortlu şərait yaranıb. Birinci mərtəbədə, 1 ədəd konfidensial (görüş otağı), arxiv otağı, ikinci mərtəbədə böyük foyedən ibarət olmaqla vəkillərin fəaliyyəti üçün tam təmirli və yararlı olan ümumi zal, eyni zamanda onların rahat fəaliyyət göstərməsi üçün şəhər telefonu və bütün otaqlara fiber optik internet kabelləri çəkilib. Büroda vəkillərin istirahəti və vətəndaşlarla görüş, həmçinin seminar və təlimlərin, müzakirələrin keçirilməsi üçün otaqlarımız müvafiq avadanlıqlar və müasir texnika ilə təhciz olunub.
A.Bağırov öz növbəsində büroda aparılan təmir işlərini yüksək qiymətləndirmiş və vətəndaşlara yüksək keyfiyyətli və peşəkar hüquqi yardımın göstərilməsi üçün vəkillərin iş şəraitinin və fəaliyyət göstərdikləri yerlərin yüksək standartlara cavab verməsinin əhəmiyyətini, bu məsələnin Azərbaycan Respublikası Prezidentinin 22.02.2018-ci il tarixli Sərəncamında da öz əksini tapdığını bildirib, Respublika ərazisində fəaliyyət göstərən bütün vəkil qurumlarının maddi-texniki vəziyyətinin yaxşılaşdırılması istiqamətində aparılan işlər barəsində məlumat verilib.
Bundan başqa, görüş zamanı deputatların və büroda fəaliyyət göstərən vəkillərin iştirakı ilə iclas keçirilmiş, onların peşə fəaliyyəti zamanı üzləşdikləri problemləri və təkliflərini dinlənib, onlara Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən son dövrlərdə görülmüş tədbirlər, qarşıda duran işlər barədə məlumat verilib, vəkilləri maraqlandıran suallar cavablandırılıb.