G7 nazirləri Ukrayna ilə bağlı təcili iclas keçirəcək
“Böyük yeddilik” (G7) ölkələrinin xarici işlər nazirləri bu həftə Almaniyada təcili görüş keçirməyi planlaşdırırlar.
“Azadsəs.az” xəbər verir ki, bu barədə məlumatı “Kyodo” agentliyi yayıb.
XİN başçılarının görüşünün Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçiriləcəyi gözlənilir.
Agentlik yazır ki, görüş Ukrayna ətrafında vəziyyətlə bağlı olacaq.
Qeyd edək ki, təqribən 35 dövlət və hökumət başçısı Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək. Konfrans fevralın 18-dən 20-nə qədər davam edəcək. Ukrayna Prezidenti Vladimir Zelenskinin də konfransda iştirakı gözlənilir.