İsveçrə Blinken-Lavrov görüşünə ev sahibliyi etmək istəyir
İsveçrə Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ Dövlət katibi Entoni Blinken arasında görüşə ev sahibliyi etməyə hazırdır.
“Azadsəs.az” xəbər verir ki, bu barədə məlumatı İsveçrə XİN-in rəsmi nümayəndəsi Pyer-Alen Elçinqer açıqlayıb.
Bununla yanaşı, Elçinqer sözügedən görüşün keçirilməsi ilə bağlı ölkəyə müraciətin daxil olub-olmadığını açıqlamayıb.
Qeyd edək ki, Blinken gələn həftə Lavrovla görüşməyi təklif edib. Amerika tərəfi görüş yeri olaraq İsveçrənin Cenevrə şəhərini nəzərdən keçirir.
Xatırladaq ki, Lavrovla Blinken yanvarın 21-i Cenevrədə danışıqlar aparıb.