Главная > Dünya / Manset > İsveçrə Blinken-Lavrov görüşünə ev sahibliyi etmək istəyir
İsveçrə Blinken-Lavrov görüşünə ev sahibliyi etmək istəyir18-02-2022, 17:50. Разместил: admin |
İsveçrə Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ Dövlət katibi Entoni Blinken arasında görüşə ev sahibliyi etməyə hazırdır. “Azadsəs.az” xəbər verir ki, bu barədə məlumatı İsveçrə XİN-in rəsmi nümayəndəsi Pyer-Alen Elçinqer açıqlayıb. Bununla yanaşı, Elçinqer sözügedən görüşün keçirilməsi ilə bağlı ölkəyə müraciətin daxil olub-olmadığını açıqlamayıb. Qeyd edək ki, Blinken gələn həftə Lavrovla görüşməyi təklif edib. Amerika tərəfi görüş yeri olaraq İsveçrənin Cenevrə şəhərini nəzərdən keçirir. Xatırladaq ki, Lavrovla Blinken yanvarın 21-i Cenevrədə danışıqlar aparıb. Вернуться назад |