Lavrov və Zərif Qarabağı müzakirə edəcəklər
- 26-01-2021, 09:21
- Siyasət
Bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Məhəmməd Cavad Zərif ilə görüşəcək.
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, nazirlərin Dağlıq Qarabağdakı vəziyyətin həllinə dair müzakirələr aparacağı bildirilir. Bununla yanaşı gündəlikdə İran nüvə proqramı və məsələləri, həmçinin Suriyadakı böhran mövzuları da yer alıb.
Qeyd olunub ki, Rusiya və İran XİN başçıları arasında son görüş dörd ay əvvəl, ötən ilin sentyabrında Rusiyanın paytaxtı Moskvada baş tutub.