“Rusiya qoşunlarının Ukrayna ilə sərhəddən çıxarıldığını görmürük”
- 16-02-2022, 20:43
- Dünya
![](/uploads/posts/2022-02/medium/1645029304_blinken.jpg)
“Azadsəs.az” xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken İCTV-yə müsahibəsində deyib.
“Biz hələlik Rusiya qüvvələrinin Ukrayna ilə sərhəddən geri çəkilməsini müşahidə etmirik”, - deyə Blinken bildirib.
Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi dünən Ukrayna yaxınlığında yerləşdirilən Rusiya hərbçilərinin bir hissəsinin öz bazalarına qayıtdıqlarını bildirmişdi.