Bu şəxslər Lavrovla görüşdən imtina etdilər
- 15-12-2020, 16:33
- Dünya
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin xorvat üzvü Jelko Komşiç və boşnak üzvü (müsəlman slavyanlar) Şefik Caferoviç ölkədə rəsmi səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdən imtina ediblər.
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, Lavrovun proqramına bu gün paytaxt Sarayevoda Prezident Şurasının üç üzvü ilə görüş daxil olsa da, yalnız Serbiya üzvü Milorad Dodik görüşə qatılıb.
Dodik-Lavrov görüşünün saatlarında Komsiç və Caferoviç birgə mətbuat konfransı təşkil ediblər. Onlar görüşdən imtina etmə səbəbini açıqlayıblar.
Komsiç dünən axşam Şərqi Sarayevoda keçirilən iclasda Bosniya və Herseqovina bayrağının olmamasını “hörmətsizlik” olaraq xarakterizə edib.
Qeyd olunub ki, beynəlxalq arenada tanınan Lavrovun qatıldığı iclasda edilən hörmətsizliyi dövlət qurumları görməzlikdən gəlib.