Sinqapurda dünyanın ən balaca uşağının həyatı xilas edilib
![](/uploads/posts/2021-08/medium/1628573367_2651482.jpg)
Bu barədə BBC məlumat yayıb.
Həkimlər 212 qram çəkiylə dünyaya gəlmiş qızın həyatını xilas etməyə müvəffəq olublar.
Kvek Yun Syuan adlı körpə 13 ay öncə hamiləliyin 25-ci həftəsində doğulub. 24 sm-lik uşaq 13 aydan sonra 6.3 kq çəki toplayıb.
Qeyd edək ki, uşaq qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib. Onun müalicəsinə 400 min dollar sərf olunub.