Sünnətdən sonra uşağın ürəyi 10 dəqiqə dayandı
![](/uploads/posts/2021-05/medium/1621579447_aa2e9c24e67ba61e19a3c168c9f3bb42-696x464.jpg)
“Fontanka”nın məlumatına görə, hadisə Sankt-Peterburqda yaşanıb.
Məlumata görə, prosedur bitdikdən sonra uşaqda qıcolma başlayıb, ardınca isə ürəyi 10 dəqiqə müddətinə dayanıb.
Balaca xəstə təcili yardımla son dərəcə ağır vəziyyətdə Sankt-Peterburq Pediatriya Universitetinə aparılaraq reanimasiyaya yerləşdirilib. Həkimlər onu xilas edə biliblər.
Hadisə ilə əlaqədar “peşə vəzifəsini lazımınca yerinə yetirməməsi səbəbindən səhlənkarlıqla sağlamlığa ağır zərər vurma” maddəsi ilə cinayət işi başlanıb.