Koronavirusa yoluxmaqdan qorxan qadın infarktdan öldü
- 24-10-2020, 09:14
- Dünya
''Azad Səs'' Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı “Daily Mail” məlumat yayıb.
Qadının sinəsində bir neçə gün əvvəl güclü ağrılar başlayıb. Uşaqları Millsə həkimə müraciət etməyin vacibliyini bildiriblər. Ancaq qadın ancaq telefonla həkimə problemlərini açıqlayıb.
Bir neçə gün sonra isə qadının halı pisləşib və hamam otağında huşunu itirib. Həyat yoldaşı Deniel Bil təcili tibbi yardım çağırıb. Qadın özünə gəlib və ayaqqabılarını geyinərək, maşına əyləşib. Ancaq avtomobildə o, yenidən huşunu itirib. Həkimlər 15 dəfə qadını həyata qaytarıblar. Ancaq sonuncu dəfə onun həyatını xilas etmək mümkün olmayıb.
Araşdırmalar nəticəsində onun infarktdan öldüyü təsdiqlənib.