Главная > Dünya / Manset > Sinqapurda dünyanın ən balaca uşağının həyatı xilas edilib

Sinqapurda dünyanın ən balaca uşağının həyatı xilas edilib


10-08-2021, 17:15. Разместил: azadses
Sinqapurda doğulan dünyanın ən balaca uşağı xəstəxanadan evə buraxılıb.

Bu barədə BBC məlumat yayıb.

Həkimlər 212 qram çəkiylə dünyaya gəlmiş qızın həyatını xilas etməyə müvəffəq olublar.

Kvek Yun Syuan adlı körpə 13 ay öncə hamiləliyin 25-ci həftəsində doğulub. 24 sm-lik uşaq 13 aydan sonra 6.3 kq çəki toplayıb.

Qeyd edək ki, uşaq qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib. Onun müalicəsinə 400 min dollar sərf olunub.


Вернуться назад