Azərbaycanda yeni doğulmuş körpə oğurlanıb? - RƏSMİ AÇIQLAMA
- 7-08-2020, 15:39
- Cəmiyyət
Azərbaycanda ana xəstəxanada dünyaya gətirdiyi uşağının oğurlandığını iddia edib.
Oxu.Az-ın məlumatına görə, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Zabrat qəsəbə sakini bildirib ki, 3 saylı şəhər Klinik Xəstəxanasının doğum şöbəsində uşaq dünyaya gətirib.
O iddia edir ki, övladı ondan xəbərsiz satılıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva Oxu.Az-a açıqlamasında bildirib ki, məsələ ilə bağlı TƏBİB-ə şikayət daxil olmayıb:
“Bu, hüquq-mühafizə orqanlarının işidir. Əgər iddia doğrudursa, yəqin ki, araşdırılar”.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev isə bildirib ki, hazırda sosial şəbəkələrdə yayılan məlumatla bağlı araşdırma aparılır.