“AstraZeneca”nın İngiltərədəki ofisi qarşısında etiraz aksiyası keçirilib
- 12-05-2021, 09:00
- Dünya
![](/uploads/posts/2021-05/medium/1620797293_5235.jpg)
Bu barədə “Daily Express” nəşri məlumat verib.
Etirazçılar şirkət rəhbərliyini COVID-19 vaksini üzrə patent hüququndan imtina etməyə çağırıblar. Onlar bildiriblər ki, alimlərin peyvənd üzrə araşdırmaları dövlət hesabına maliyyələşdirilib və şirkətin bu araşdırmaların nəticəsi olan vaksini özəlləşdirməsi qeyri-qanunidir.
Nümayişçilərin bir qismi özlərini ofis binasına zəncirləyərək şirkətdən vaksin istehsalı texnologiyalarını Ümumdünya Səhiyyə Təşkilatı ilə bölüşməyi tələb ediblər.