"Peyvənd müharibəsi" başladı - ƏN YAXŞI PEYVƏNDİ ALMAQ CƏHDİ...
- 28-01-2021, 12:31
- Dünya
Dünyada koronavirusla bağlı bəzi peyvəndlər hazırlandıqdan sonra satınalma proseslərində yaşanan çətinliklər "peyvənd müharibəsi"nə səbəb olmaqdadır.
''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, ilk peyvənd mübarizəsi İngiltərə və Avropa Birliyi (AB) arasında başlayıb. Bu vəziyyət epidemiyaya qarşı birgə mübarizəyə zərbə vura bilər.
İddialara görə, inkişaf etmiş ölkələr keyfiyyətli peyvəndləri özləri üçün saxlayır, təsirsiz olanları üçüncü ölkələrə göndərir.
Problem Oksford Universiteti ilə birgə peyvənd hazırlayan İngiltərə-İsveç əczaçılıq şirkəti "AstraZeneca"nın AB-yə əvvəlcədən təyin olunmuş dozadan az peyvənd verəcəyi ilə bağlı açıqlamadan sonra başlayıb.
Avropalı səlahiyyətlilər şirkətin AB ölkələri üçün ayrılmış peyvəndi İngiltərəyə verdiyini iddia ediblər.
"AstraZeneca"-nın baş icraçı direktoru Paskal Soriot "La Repubblica" qəzetinə açıqlamasında şirkətin peyvəndi AB-yə İngiltərəyə verildiyi kimi tez vermək öhdəliyi götürmədiyini bildirib.