Erməni əsgər anaları Qarabağda olan övladlarının qaytarılmasını tələb edib
- 27-11-2020, 15:46
- Dünya
Ermənistan Müdafiə Nazirliyinin binası qarşısında Qarabağda hərbi xidmətdə olan əsgərlərin valideynləri etiraz aksiyası keçirib.
“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, onlar hökumət binasının qarşısında da irimiqyaslı aksiya keçirəcəklərini bildiriblər.
Onların əsas tələbi Ermənistanın işğalı altında olan torpaqlar Azərbaycana qaytarılana və dövlət sərhədi bağlananadək övladlarının evə buraxılmasıdır.
“Biz Laçının dekabrın 1-də təhvil veriləcəyini eşitmişik. Ona görə də övladlarımızın indi qaytarılmasını istəyirik. Çünki bundan sonra bizim övladlarımızın da taleyinin döyüşdə iştirak edənlərinki kimi olmayacağına təminat yoxdur”, - əsgər analarından biri bildirib.
Başqa bir əsgər anası isə övladının itkin düşməsini istəmədiyini deyib: “Heç kim bizə təminat verə bilməz ki, noyabrın 30-dan sonra uşaqlarımız evə sağ-salamat qayıdacaq”. O, cəmiyyəti bu problemə laqeyd qalmamağa çağırıb.