Главная > Dünya > “AstraZeneca”nın İngiltərədəki ofisi qarşısında etiraz aksiyası keçirilib
“AstraZeneca”nın İngiltərədəki ofisi qarşısında etiraz aksiyası keçirilib12-05-2021, 09:00. Разместил: azadses |
“Global Justice Now” təşkilatının rəhbərliyilə bir qrup fəal koronavirusa qarşı peyvənd istehsal edən “AstraZeneca” şirkətinin Kembricdəki ofisi qarşısında etiraz aksiyası keçirib. Bu barədə “Daily Express” nəşri məlumat verib. Etirazçılar şirkət rəhbərliyini COVID-19 vaksini üzrə patent hüququndan imtina etməyə çağırıblar. Onlar bildiriblər ki, alimlərin peyvənd üzrə araşdırmaları dövlət hesabına maliyyələşdirilib və şirkətin bu araşdırmaların nəticəsi olan vaksini özəlləşdirməsi qeyri-qanunidir. Nümayişçilərin bir qismi özlərini ofis binasına zəncirləyərək şirkətdən vaksin istehsalı texnologiyalarını Ümumdünya Səhiyyə Təşkilatı ilə bölüşməyi tələb ediblər. Вернуться назад |