Nazirlikdən bugünkü vaksinasiya ilə bağlı AÇIQLAMA
- 18-01-2021, 12:20
- Manset
Səhiyyə Nazirliyi bu gün Bakı Sağlamlıq Mərkəzində dövlət qurumlarının rəhbər şəxslərinin peyvənd olunması ilə bağlı açıqlama yayıb.
''Azad Səs'' KONKRET.az-a istinadən xəbər verir ki, məlumatda səhiyyə naziri Oqtay Şirəliyev və nazirin iki müavini, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İdarə Heyətinin sədri Ramin Bayramlı və qurumların məsul əməkdaşlarının koronavirusa qarşı peyvənd olunduğu qeyd olunub.
Bildirilir ki, O.Şirəliyev jurnalistlərə açıqlama verərək Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın səyi nəticəsində Azərbaycan əhalisini ilk vaksinasiya edən ölkələr sırasında olduğunu qeyd edib: “Azərbaycan Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksinini alıb. Vaksin bir neçə ölkədə kliniki sınaqlardan keçirilib. Vaksin çox effektlidir və mənfi təsirləri olmayıb”.
Z.Əliyev bildirib ki, bu gündən etibarən respublikada koronavirusa qarşı vaksinasiyaya başlanılıb:
““Azərbaycan Respublikasının COVID-19 əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyası”na əsasən ilk növbədə əhalinin sosial və tibbi cəhətdən yüksək risk qruplarının vaksinasiya edilməsi nəzərdə tutulur. Düşünürəm ki, qısa zamanda vaksinin müsbət təsirini görəcəyik”.
Qeyd edək ki, sözügedən strategiyanın əsas məqsədi ölkədə geniş yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır. Vaksinin əhəmiyyəti immuniteti gücləndirmək yolu ilə xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaq və nəticədə səhiyyə sisteminə düşən yükü azaltmaqdan ibarətdir.
Məlumat üçün bildirək ki, “CoronoVAC” vaksini ənənəvi, etibarlı və sınanmış inaktiv platformada hazırlanıb. Vaksinin ölkəyə mərhələli şəkildə gətirilməsi nəzərdə tutulub.