ABŞ-da “AstraZeneca” peyvəndinin istehsalı dayandırılacaq
“The New York Times” xəbər verir ki, bu barədə Bayden administrasiyası müvafiq qərar qəbul edib. Qərarın icrasından sonra müəssisədə Britaniya-İsveç ortaq peyvəndinin (“AstraZeneca”) istehsalı dayandırılacaq və onu yerli vaksin (“Johnson & Johnson”) əvəz edəcək.
Qeyd edək ki, ABŞ peyvəndinin başlıca özəlliyi koronavirusa qarşı immuniteti formalaşdırması üçün iki deyil, bir dozanın kifayət etməsidir.