Avropada qalmaqallı peyvəndin trombozla əlaqəsi təsdiqləndi
- 7-04-2021, 16:00
- Dünya
EMA Sağlamlıq Təhlükələri və Peyvənd Strategiyası Departamentinin rəhbəri Marko Kavaleri bu barədə “Il Messaggero” italyan qəzetinə müsahibəsində deyib:
“İndi “AstraZeneca” peyvəndi ilə trombosit sayının aşağı olması ilə əlaqəli çox nadir görülən qan laxtalanma halları arasında əlaqənin olmaması barədə danışmaq getdikcə çətinləşir. Aydındır ki, o var”.
Kavaleri qeyd edib ki, belə reaksiyanın baş vermə səbəbləri hələ məlum deyil.
Onun sözlərinə görə, yaxın saatlarda EMA rəsmi olaraq bu əlaqənin olduğunu elan edəcək, lakin agentlik “bunun necə baş verdiyini hələ başa düşməyib”.
Qeyd edək ki, bəzi Avropa ölkələri peyvənd edilən xəstələrdə tromboz aşkarlanmasından sonra “AstraZeneca”dan istifadəni dayandırıb və ya birbaşa qadağan edib.
Xatırladaq ki, Avropadakı vəziyyətdən sonra bir çox ölkədə tədarükü dayandırılan “AstraZeneca” peyvəndinin adı “Vaxzervia” olaraq dəyişdirilib.