Türkiyədən sevindirici xəbər var - Peyvənd hazırdı və...
- 19-11-2020, 12:16
- Dünya
Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca bir neçə gün ərzində virus əleyhinə peyvəndlərin istifadə olunacağını bildirib.
Bəs, Türkiyədən sonra ölkəmizdə bu peyvəndlərin istifadəsinə başlanıla bilərmi?
''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, həkim-infeksionist Abidin Rəhimov açıqlamasında bildirib ki, elə infeksiyalar var ki, onun qarşısını peyvəndlə almaq olar:
“Buna daha çox idarə olunan infeksiyalar daxildir. Qripə qarşı hər zaman peyvəndlər mövcud olub. Rusiyanın istehsal etdiyi peyvəndlərdən istifadə edilirdi. Lakin hazırda koronavirusa görə istehsal edilən hər hansı peyvənd mütləq sınaqdan keçməlidir. Bu sınaq zamanı əsasən insanların neçə faizində müsbət nəticələrin əldə edilməsi hesablanmalıdır. İstifadə olunmayan, sınaqdan keçməyən hər hansı bir dərmanı, peyvəndi birbaşa tövsiyyə etmək düzgün deyil. Türkiyədə deyil, ABŞ, Almanya və Rusiya peyvənd hazırlanması ilə ciddi məşğul olurlar. Türkiyənin tətbiq edəcəyi peyvəndin keyfiyyətinin necə olması vacib məqamdır.
Hazırda hepatitlərə görə peyvəndlər var. Bunu müxtəlif ölkələr istehsal edə bilİr. Lakin əsas olan keyfiyyətdir. Əgər Türkiyə koronavirus əleyhinə peyvənd istehsal edib, tətbiq etdiyi zaman effektli nəticə əldə edərsə, daha sonra ondan öz ölkəmizdə də istifadə edə bilərik”