Peyvənd vurulan 24 nəfər öldü - AVROPADA TƏLAŞ...
- 18-01-2021, 11:22
- Dünya
COVID-19-a qarşı hazırlanmış "mRNA" peyvəndi ilə bağlı qalmaqal yaşanıb.
''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, Avropada "mRNA" peyvəndi vurulmuş 24 nəfər vəfat edb. Daha 10 ölüm faktı isə Almaniyada qeydə alınıb.
Həmçinin, "Pfizer-BioNTech" peyvəndi vurulan bəzi insanlarda narahatlıqlar yarandığı bildirilib.
Paul Ehrlich İnstitutu ölüm səbəblərini araşdırır. Mütəxəssislər peyvəndlə birbaşa əlaqəli ölüm ehtimalını çox aşağı hesab edirlər. Qeyd olunur ki, ölənlər adətən yaşlı və xəstə insanlardır.
Almaniyada indiyədək bir milyona yaxın insana peyvənd vurulub, onlardan 51-də ciddi fəsadlar aşkarlanıb.
Peyvəndə bağlı ən çox rast gəlinən şikayətlər isə baş ağrısı, yorğunluq və müxtəlif ağrılardır.
Peyvənd olunanlar dərhal sərbəst buraxılmır və təxminən yarım saat nəzarətdə saxlanılır.