İspaniyada xalq AYAĞA QALXDI: şiddətli aksiyalar keçirilir
- 17-02-2021, 11:17
- Dünya
İspaniyada etiraz aksiyası baş qaldırıb.
''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, reper Pablo Haselin həbsxanaya yerləşdirilməsi minlərlə fanatı tərəfindən etirazlara səbəb olub.
Kataloniya və Valensiya bölgələrində radikal solçu qrupların nümayəndələri “Pablo Haselə azadlıq!” şüarları səsləndirib.
Barselona şəhər mərkəzində yürüş təşkil edən kütlə zibil qutularını yandırıb, polis bölməsini şüşə və daşlarla atəşə tutub. Polis gözyaşardıcı qaz və plastik mərmilərlə kütləni dağıtmağa çalışıb. İnsident zamanı qadınlar da daxil olmaqla, yaralananlar olub.
İnsidentlər Cirona və Lleida şəhərlərində də davam edib.
Hüquq-mühafizə orqanları Valensiya Bələdiyyə Meydanındakı kütləni dağıtmağı bacarıb.
Haselin həbsxanaya aparılması sol koalisiya hökumətinin kiçik müttəfiqi Unidos Podemos başda olmaqla, ölkə miqyasında solçu mövqeli qrupların sərt reaksiyasına səbəb olub.
100-ə yaxın sənətçi, jurnalist və ziyalının imzası ilə yayımlanan bir manifestdə Haselin həbsi tənqid olunub.
Qeyd edək ki, Hasel Tvitter hesabından paylaşdığı fikirlərlə terrorizmi tərənnümdə, dövləti və kral ailəsini təhqir etməkdə ittiham edilir.