"Qazansaq, "İslamdan Təmizləmə Nazirliyi" yaradacağıq" - Niderlandlı siyasətçidən şok bəyanat
- 9-01-2021, 18:20
- Dünya
Niderlandda parlament seçkiləri öncəsində radikal sağçı siyasi qüvvələr islamofobiya xarakterli bəyanatlar verirlər.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, qatı sağçı təmayüldə olan Azadlıqlar Partiyasının lideri Qirt Vilders partiyasının seçkilərdə qalib gələcəyi təqdirdə İslam dini və müsəlmanlar əleyhinə atacaqları addımlardan danışıb.
"Qalib gəlsək, "İslamdan Təmizləmə Nazirliyi" yaradacağıq. Bu addımı atacağıq", - deyə Vilders seçki kampaniyası zamanı bəyan edib. Siyasətçinin bu qalmaqallı bəyanatı Niderlandın müsəlman icması arasında böyük etirazlara və narazılığa səbəb olub. İslam dininə etiqad edən Niderland vətəndaşları ölkədə radikal sağçı qüvvələrin güclənməsindən təhlükə hiss etdiklrəini söyləyiblər.