Belarusda etirazlar zamanı 300 nəfər saxlanılıb - FOTOLAR
- 2-11-2020, 16:01
- Dünya
Belarusun Daxili İşlər Nazirliyi icazəsiz aksiyalar zamanı Minskdə və Minsk rayonunda 300-ə yaxın insanın saxlanıldığını bildirib.
''Azad Səs'' Modern.az-a istinadən xəbər verir ki, noyabrın 1-də ölkədə 13 etiraz aksiyası qeydə alınıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, aksiyalar hüquq-mühafizə orqanlarına qarşı aktiv müqavimətlə müşayiət olunub. Bəzi rayonlarda etirazçıların əldəqayırma partlayıcılardan, işıq-səsli qumbara və rezin güllələrdən istifadə etdiyi qeyd olunub.