İranda etirazçılar polisə qarşı silah işlətdi - 40 ölü
- 18-11-2019, 14:55
- Siyasət
İran hökumətinin rəsmi nümayəndəsi açıqlama yaydı
İranda benzinin iki dəfə bahalaşmasına görə ötən həftənin cümə günündən başlayan və sürətlə bütün ölkəyə yayılan etirazlar zamanı ölənlərin sayı 40-ı keçib. Lakin insan haqları fəalları ölənlərin sayının daha çox olduğunu bildirir.
Azadses İstiPress-ə istinadən xəbər verir ki hakimiyyət iğtişaşlar zamanı bir neçə asayiş keşikçisinin də həlak olduğunu açıqlayıb. İran hökumətinin rəsmi nümayəndəsi Əli Rabia keçirdiyi brifinqdə bildirib ki, etiraz aksiyasının iştirakçıları təhlükəsizlik qüvvələrinə qarşı soyuq və odlu silahdan istifadə ediblər.
“Biz bir sıra dəlillər əldə etmişik ki, etirazların gedişində dəfələrlə asayiş keşikçilərinə qarşı odlu və soyuq silah tətbiq edilib”,-o deyib. Rəsmi belə adamların hərəkətinin “terrorçuluğa bərabər olduğunu” bildirib.
“İran hakimiyyəti xalqın etiraz haqqını tanıır. Lakin şübhəsiz ki, həyat səviyyəsindən narazı olan etirazçılarla silahdan istifadə edənləri ayırmaq lazımdır”,-o əlavə edib.
İran hakimiyyəti elan edib ki, benzinin bahalaşmasına görə zərər çəkənlərə kompensasiya ödəniləcək. Söhbət 19 milyona yaxın ailədən gedir, onlara hər ay subsidiya ödənilməsi nəzərdə tutulur. Bu qərar etirazların səngiməsinə təsir edib. Hazırda İranda vəziyyətin əsasən sakit olduğu bildirilir.
Xatırladaq ki , İranın 100-dən çox yaşayış məntəqəsinə yayılan etirazlar zamanı kütlə yanacaqdoldurma məntəqələrini, bəzi bankları, polis məntəqələrini yandırıb. Avtomobillərə od vurulub.