Düşmənin Bərdəyə atdığı raket böyük çuxur əmələ gətirib
- 8-10-2020, 16:32
- Siyasət
Cəbhədə şiddətli döyüşlər davam edir.
Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.
Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən terror əməllərini davam etdirərək Azərbaycanın dinc əhalisini hədəfə alıb, sakinləri raketlərlə atəşə tutub.
Oktyabrın 8-i günorta saatlarında Bərdə rayonunun Qasımbəyli kəndinin əkin sahəsinə düşmən tərəfindən “Toçka-U” taktiki raket kompleksindən atəş açılıb. Partlayan mərmi nəticəsində böyük bir çuxur əmələ gəlib. Çuxurun dərinliyi 5 m-dən çoxdur. Yaxınlıqda olan evlərə ziyan dəyib.
Qasımbəyli kənd sakini Valeh Nəzərov "Report"un əməkdaşına bildirib ki, hadisə zamanı ailəsi ilə birgə evdə olub: "Səs gələn kimi həyətə çıxdıq. Əkin sahəsi tərəfdən tüstü qalxdı. Top mərmisi nəticəsində böyük bir çuxur əmələ gəlib".
O vurğulayıb ki, düşmən tərəfindən atılan raketlərə baxmayaraq, kənddə ab-hava yaxşıdır: "Biz Azərbaycan Ordusuna inanırıq. İşğal olunmuş torpaqlarımız tezliklə düşməndən azad ediləcək. Yaşasın Azərbaycan Ordusu".
Qeyd edək ki, Azərbaycanın Baş Prokurorluğunun yaydığı məlumata əsasən, saat 11 radələrində Bərdə şəhərinin mərkəzində yerləşən “Qədim Bərdə” restoranına raketin düşməsi nəticəsində həmin vaxt orada olan 2 nəfər şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, eyni zamanda Bərdə şəhər 5 nömrəli tam orta məktəbin yaxınlığına düşmüş raketlər 5 nəfər şəxsin yaralanmasına səbəb olub, cümlədən məktəbin binasına, çoxsaylı nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.