Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Hazırda 85 milyon 247 min 909 nəfər bu virusa yoluxub, 1 milyon 847 min 819 nəfər isə koronavirusdan ölüb.
Çindən ŞOK AÇIQLAMA: Koronavirus bu ocaqlar tərəfindən yaradılıb
- 4-01-2021, 09:37
- Dünya
Çoxsaylı araşdırmalar göstərir ki, pandemiya planetin müxtəlif bölgələrindəki ayrı-ayrı xəstəlik ocaqları tərəfindən yaradılıb, Çin isə sadəcə yeni koronavirusun aşkar edilməsi barədə məlumat verən ilk ölkə olub.
''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, bu barədə Çinin Xarici İşlər naziri Van İ öz müsahibəsində deyib.
"Biz zamanla yarışa girmişdik və dünyaya yoluxma halları barədə məlumat verən birinci ölkə olduq. Getdikcə daha çox araşdırmalar göstərir ki, pandemiya çox yəqin ki, dünyanın müxtəlif yerlərindəki ayrı-ayrı xəstəlik ocaqları tərəfindən yaradılıb", - o bildirib.
Van İ qeyd edib ki, Çin COVID-19-la mübarizədə beynəlxlaq əməkdaşlığın kökündə olub və qlobal sinerjinin formalaşmasına təsir göstərib. "Faktların obyektiv təqdim olunması və pandemiya ilə mübarizədə kollektiv yaddaşın yalana məruz qalmaması üçün biz qətiyyət göstərmişik", - çinli nazir əlavə edib.