azadses.az » Siyasət » Azad Rəhimov: "Mən həqiqətən çox narahatam"

Azad Rəhimov: "Mən həqiqətən çox narahatam"

“İcazə vermək olmaz ki, pandemiya illərlə idmanda qazandığımız uğurları məhv etsin!”
"Report"un məlumatına görə, bunu Gənclər və İdman Naziri Azad Rəhimov qeyri olimpiya idman növləri üzrə federasiyaların rəsmiləri ilə görüşündə bildirib.
Nazir olimpiya idman növlərində vəziyyətin nisbətən daha stabil olduğunu, idmançıların icazə əsasında məşqlərini qapalı şəraitdə davam edə bildiklərini diqqətə çatdırıb.
O, narahatlığın qeyri-olimpiya idman növləri ilə bağlı olduğunu deyib: "Mən həqiqətən çox narahatam. İdmançılarımızın məşqlərdən, idman zallarından uzaq düşmələri, artıq bəzilərinin cangüdən olaraq iş elanları yerləşdirmələri, digərlərinin taksi sürücüsü kimi fəaliyyətə başlamaları, maddi və mənəvi cəhətdən çox çətin dönəm yaşamaları haqda xəbərlər məni çox narahat edir. Düzdür idman yarışlarının və məşqlərin açıq havada keçirilməsi ilə bağlı Operativ Qərargah tərəfindən qərar verilib. Amma siz haqlı şəkildə “Əgər zala gedə bilmiriksə, avadanlıqlardan istifadə edə bilmiriksə o zaman necə edək?” sualını verə bilərsiniz. Mən sizi nazirliyə dəvət edirəm". 
Nazir federasiyalara məşqlər üçün nazirliyin balansında olan Olimpia İdman Komplekslərinin açıq məkanlarını təklif etməklə bərabər, eyni zamanda, koordinasiya olunmuş şəkildə şəhərin idman üçün münasib yerlərinin də təyin olunaraq orada məşqlərin mümükünlüyünü ifadə edib. Avadanlıqlara gəldikdə isə, A.Rəhimov idmançıların müəyyən olunmuş açıq məkanlarda məşqlərə başlayacaqları təqdirdə nazirliyin onları lazımi avadanlıqla təmin edə biləcəyini də söyləyib.  
Nazir federasiyaların maliyyə çətinliyi ilə üz-üzə qaldıqlarından məlumatlı olduğunu bildirib, bu problemin həlli yolları üçün federasiya rəsmilərinin nazirliyin idman növlərinə məsul şəxsləri ilə bir araya gələrək mövcud durumu müzakirə etmələrini və bunün nəticəsində nazirliyin dəstək göstərməyə hazır olduğunu vurğulayıb. Rəhimov beynəlxalq yarışlarda iştiraka da toxunub: “Əgər hər hansı bir ölkədə beynəlxalq yarış keçirilirsə və bu ölkəyə giriş-çıxışla  bağlı heç bir məhdudiyyət yoxdursa, biz idmançının bu yarışda iştirakına dəstək ola bilərik. Amma bir şərtlə ki, yarış mötəbər və əsasnaməyə cavab verən olsun". 
Çıxışının sonunda Azad Rəhimov idmançıların çox böyük bir ordu olduğunu və nizamlı olduqlarını söyləyib. Federasiya rəhbərlərinə bu çətin pandemiya dönəmində idmançılar arasında daim maarifləndirmə işlərini aparmalarının, dövlət tərəfindən qoyulan qayda-qanunlara hər kəsin əməl etməsinin vacibliyini diqqətə çatdırılıb. 
Daha sonra mövzu ətrafında Milli Olimpiya Komitəsinin vitse prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, Azərbaycan Milli Anti- dopinq Agentliyinin (AMADA) rəhbəri Şəfəq  Hüseynli, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və digər rəsmilə iştirak edərək pandemiya dönəmində idmanımızın rastlaşdığı narahatlıqları, nazirlik ilə bu dönəmdə həyata keçirilən birgə əməkdaşlığı, idmançıların formokoloji təminatını, təhsil sahəsində gözləntilərin idarə olunmasını və digər mövzuları diqqətə çatdırıb, narahatlıqlarla bağlı fikir mübadiləsi aparıblar. 
Qeyd edək ki, iclasda 30-dan çox qeyri olimpiya idman növlərinin rəsmi və nümayəndələri iştirak edib. Buraya  Azərbaycan Budo Döyüş Növləri Federasiyası, Azərbaycan Səmti Müəyyən Etmə Federasiyası, Azərbaycan Şahmat Federasiyası, Azərbaycan Bodibildinq və Fitnes Federasiyası, Azərbaycan Kyokuşinkaykan Kontakt Karate Federasiyası, Azərbaycan Muaytay Tayboks Federasiyası və, Azərbaycan Uşu Federasiyası, Azərbaycan Aykido Federasiyası, Azərbaycan Qocyu-Ryu Okinava Karate-Do və Kobudo-Kempo döyüş növləri idman Federasiyası, Azərbaycan Ənənəvi Karate-Do Federasiyası, Azərbaycan Poverliftinq Federasiyası, Azərbaycan Sambo Federasiyası, Azərbaycan Kikboksinq Federasiyası və digərləri daxil idi. Sonda federasiya rəsmiləri onları narahat edən  mövzuları diqqətə çatdırıb, müəyyən təkliflər irəli sürüblər. 
Konfrans zamanı dünyasını dəişmiş görkəmli idman xadimi, Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının güləş və onun metodikası kafedrasının müdiri, Milli İdman Assosiasiyasının prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin üzvü Xanlar Qurbanov anılaraq, onun vəfatının Azərbaycan idmanı üçün ağır itki olduğu bildirilib. 
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Səbail rayonunda avtomobillərin toqquşması zamanı ahıl qadın xəsarət alıb
  2. Bakıda yol qəzası olub, xəsarət alan var
  3. Talış Dağlıq zonasında güclü zəlzələ olub
  4. Samuxda narkotik yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb
  5. Sabunçu prokurorluğunda 31 yaşlı kişinin qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB
  6. Qazaxda avtomobilin vurduğu piyada xəstəxanada ölüb - YENİLƏNİB
  7. Bakıda yolu keçən 42 yaşlı qadını avtomobil vurub
  8. Sabahın hava proqnozu: Leysan xarakterli yağış yağacaq, şimşək çaxacaq
  9. CAR-da ağır qəza: Çox sayda ölən və yaralanan var
  10. Daşkəsəndə arvadını balta ilə qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi başlanıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Şou biznes
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı
Britni Spirs: “Ədalət yoxdur”
Britni Spirs: “Ədalət yoxdur”