DİN rəhbəri koronavirusa yoluxdu
- 2-08-2020, 16:12
- Dünya
Hindistanın Daxili İşlər naziri Amit Şah koronavirusa yoluxub.
Azad Səs RİA Novost yə istinadən xəbər verir ki, nazir hazırda xəstəxanadadır.
“Koronavirusun ilk simptomlarını görüb test verdim və pozitiv nəticə aldım. Səhhətim qaydasındadır, ancaq həkimlərin məsləhəti ilə xəstəxanada yatacam”, - deyə Şah bildirib. Nazir son zamanlar təmasda olduğu şəxslərdən test verməyi xahiş edib.
Qeyd edək ki, Hindistan koronavirusa yoluxma sayına görə dünyada üçüncü yeri tutur. Ölkədə 1,7 milyon nəfər virusa yoluxub, 1,1 milyon nəfər sağalıb, 37 min nəfər isə dünyasını dəyişib.