ANS-lə bağlı AÇIQLAMA
- 1-09-2020, 10:32
- Cəmiyyət
ANS telekanalı 2016-cı ildə bağlandıqdan sonra televiziyanın Zoologiya İnstitutu ərazisində yerləşən binadan köçürüləcəyi haqqında açıqlamalar gündəmə gəlmişdi. Hətta AMEA-nın o zamankı prezidenti Akif Əlizadə ANS rəhbərliyinin artıq binanı boşaltmağa başladığını söyləmişdi.
Sonradan bu məsələ ətrafında müzakirələr səngiməyə başladı və prosesin necə nəticələndiyi qaranlıq qaldı.
Demokrat.az-ın xəbərinə görə, bu barədə danışan ləğv edilmiş ANS Şirkətlər Qrupunun keçmiş mətbuat katibi Mais Məmmədov məsələ ilə bağlı dəyişiklik olmadığını söyləyib. O qeyd edib ki, ANS-in bütün arxiv və sənədləri elə əvvəlki binasında qalır:
“ANS-in binadan çıxarılması məsələsi hələlik icra edilməmiş qalıb. Əvvəllər Prezident Administrasiyanın sabiq rəhbəri Ramiz Mehdiyevin diktəsi ilə məsələ aktiv müzakirə edilirdi. Sonra isə ara sakitləşdi. Arxivlər hamısı həmin binada qalıb. Bundan başqa, orada televiziyanın demək olar bütün texnikası yerləşir. Həddindən çox kaset, arxiv çəkilişləri, materiallar var. Orada unikal kadrlar, müsahibələr, Heydər Əliyevin çıxışları qalır. Bunlar gələcək üçün mütləq lazım olacaq. Biz düşünürdük ki, Əli Həsənovun, Ramiz Mehdiyevin vəzifədən çıxarılmasından sonra vəziyyət dəyişər. Lakin hələlik bu işlə bağlı yenilik yoxdur”.
Qeyd edək ki, “ANS Müstəqil Yayım və Media Şirkəti” müqavilə əsasında Zoologiya İnstitutunun binasını icarəyə götürüb. İcarə müqaviləsinin müddəti başa çatıb və yeni müqavilə bağlanmayıb.
Milli Televiziya və Radio Şurasının (MTRŞ) 18 iyul 2016-cı il tarixli qərarı ilə ANS telekanalının yayımı dayandırılıb, ANS ÇM radiosunun lisenziyası ləğv edilib.
Bakı Apelyasiya Məhkəməsi MTRŞ-nın iddiası əsasında telekanalın lisenziyasını ləğv edib.(modern.az)