Ramiz Mehdiyevin kürəkəni və qudası məhkəməyə gətirilir - Yenilənir
- 22-08-2020, 11:00
- Cəmiyyət
Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin karantin dövründə nəvəsinə toy məclisi təşkil etməsi ölkə gündəmində ciddi rezonansa səbəb olub.
“Qafqazinfo” xəbər verir ki, toyun görüntüləri mediada yayımlandıqdan sonra sosial şəbəkədə və ictimaiyyətdə haqlı olaraq karantin rejimini pozanların cəzalandırılması məsələsi müzakirə olunub.
Hazırda toy sahibləri Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyev və qudası Rövşən Mustafayev barəsindəki protokola baxılması üçün iş məhkəməyə göndərilib. Onlar barəsində qanuna müvafiq olaraq ölçü götürüləcək.
***
Proses bir neçə dəqiqə sonra Abşeron Rayon Məhkəməsində başlayacaq.