Vahid Mustafayev: "Həm şadam həmdə dilxoram"
- 11-01-2020, 00:43
- Manset
"İctimaiyyətin, ziyalıların köməyi ilə ANS ÇM - 102 FM tezliyini qorumağı bacardıq"
"Milli Tele Radio Şurasının Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adına olan radiotezliyin satılması ilə bağlı əvvəlcədən elan edilmiş tenderin ləğvi barədə qərarı ilə bağlı ikili hiss keçiririk."
Azadsəs-in məlumatına görə, bunu haqqin.az-a Milli Qəhrəmanın qardaşı, ANS Şirkətlər Qrupunun rəhbəri Vahid Mustafayev bildirib.
"Əlbəttə, müsabiqənin son anda ləğvi bizi dilxor etdi, yəni biz Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adını daşıyan radiostansiyanın işini bərpa edə bilmədik. Lakin digər tərəfdən biz Çingiz Mustafayevin tarixi xatirəsinin və onun adını daşıyan əfsanəvi radiostansiyanın müdafiəsinə qalxan, bunula bağlı ölkə rəhbərliyinə müraciət edən ictimaiyyətin, ziyalıların ən yaxşı nümayəndələrinin köməyi ilə ANS ÇM - 102 FM tezliyini qorumağı bacardıq. Bu, sevindirir. Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyeva başda olmaqla bu işə laqeyd qalmayan bütün insanlara Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsinə həssaslıqla yanaşdıqlarına və bəzi qüvvələrin ölkə tarixinə ləkə salmasına icazə vermədiklərinə görə ürəkdən təşəkkür etmək istəyirik",- deyə Vahid Mustafayev vurğulayıb.
Eyni zamanda, Çingiz Mustafayev adına radiostansiyasının yaradıcılarından biri, Milli Qəhrəmanın digər qardaşı, tanınmış jurnalist Seyfulla Mustafayev bildirib ki, əfsanəvi radiostansiyanın işini bərpa etmək üçün geri çəkilməyəcəklər.
“Biz, əlbəttə ki, buna nail olacağıq. Azərbaycanda tele yayım sahəsində 30 illik təcrübəyə sahib olan mütəxəssis çoxmu var? Nəzərə almaq lazımdır ki, müsabiqə zamanı Milli Tele Radio Şurası bir daha əmin oldu ki, biz radiostansiyanı həm texniki, həm də yaradıcılıq baxımından bərpa edə bilərik", - deyə Seyfulla Mustafayev bildirib.