azadses.az » Mədəniyyət » BALANS Studiyası “Ulduz” filmini tam bərpa etdi.VİDEO-FOTO-REPORTAJ

BALANS Studiyası “Ulduz” filmini tam bərpa etdi.VİDEO-FOTO-REPORTAJ

ANS Azərbaycan xalqının uzun illər sevə-sevə baxdığı "Ulduz" filminə yeni nəfəs verib. 
Dekabrın 3-də Nizami Kino Mərkəzində xalqımızın sevimli filmlərindən olan “Ulduz” bədii filminin 55 illiyi ilə əlaqədar, Azərbaycan Milli Kino və Animasiyaya Dəstək, qısaca, AMKAD-ın yeni layihəsinin təqdimat mərasimi keçirildi. Çingiz Mustafayev adına Fond, ANS Şirkətlər Qrupu və “Səba” ASC-nin sifarişi ilə ANS Şirkətlər Qrupuna daxil olan BALANS Milli Rəqəmsal Bərpa Studiyası tərəfindən bərpa edilən “Ulduz” bədii filminin yenilənmiş versiyada təqdimatı keçirildi.
Təqdimatda çıxış edən ANS Şirkətlər Qrupunun rəhbəri, rejissor, layihənin ideya müəllifi və rəhbəri Vahid Mustafayev bildirdi ki, “Ulduz” filmi 1964-cü ildə Ağarza Quliyev tərəfindən lentə alınıb. “Görkəmli bəstəkar Süleyman Ələsgərovun müəllifi olduğu bu əsərin pozitivi çox keyfiyyətsiz olub və mütəxəssislər onu çətinliklə də olsa, bərpa edib”. Vahid Mustafayev filmin əvvəlki və bərpadan sonrakı vəziyyətini ekranda əyani şəkildə nümayiş etdirib
ANS Şirkətlər Qrupunun rəhbəri, rejissor, layihənin ideya müəllifi və rəhbəri Vahid Mustafayev
Vahid Mustafayev filmin yaradıcılarından yalnız Suqra Bağırzadənin və Murad Yegizarovun aramızda olduğunu bildirdi: "Suqra Bağırzadə bu gün burada bizimlədir, amma təəssüf ki, Murad Yegizarov ölkədən kənardadır və səhhəti ona təyyarə ilə gəlməyə imkan vermir".   
Təqdimatda Oqtay Mirqasımov, Fəxriyyə Xələfova, Cənnət Səlimova, Ayaz Salayev, Vasif Babayev kimi bir çox mədəniyyət, elm, ictimai xadimlər, iş adamları iştirak ediblər.
Mərasimdə çıxış edən “Səba” ASC-nin Baş direktoru Fuad Ələkbərov bu tip layihələrdə iştirak etdiklərinə görə fəxr hissi keçirdiklərini bildirdi. Fuad Ələkbərov xatrılatdı ki, 55 il qabaq da filmin premyerası məhz bu binada - "Nizami" kinoteatrında olub.  
“Səba” ASC-nin Baş direktoru Fuad Ələkbərov
Təqdimat mərasimində çıxış edən “Azərbaycanfilm” kinostudiyasının direktoru Cəmil Quliyev çıxışında Azərbaycan kino incilərini bərpa edib Azərbaycan xalqına qaytardığına görə Vahid Mustafayevə təşəkkür edib: "Kino yarandığı gündən zamanla mübarizə aparır. İqlim, ekologiya və zaman amilləri kinoları məhv edir. Bizim ilk iki filmimiz "Neft və milyonlar səltənətində" və ondan sonra çəkilmiş "Arşın mal alan" beləcə yoxa çıxıb. Amma bu gün 1964-cü ildə çəkilmiş "Ulduz" filminin bərpasını bayram edirik. Bu bütün Azərbaycan kinosunun bayramıdır".   
“Azərbaycanfilm” kinostudiyasının direktoru Cəmil Quliyev
Daha sonra filmdə Yetər obrazında çəkilən Suğra Bağırzadə filmin çəkilişi ilə bağlı xatirələrini bölüşüb. “Ulduz” musiqili operettasının müəllifi Süleyman Ələsgərovun (1924-2000) nəvəsi Tahir İmanov çıxışında milli sərvətimiz olan “Ulduz” filmini bərpa etdiyinə görə Süleyman Ələsgərovun ailəsi adından Çingiz Mustafayev adına Fonda, ANS Şirkətlər Qrupuna, Vahid Mustafayevə, “Səba” şirkətinə və “Balans Studiyası”na təşəkkür etdi.
Xatırladaq ki, “Ulduz” filmi Çingiz Mustafayev adına Fond, ANS Şirkətlər Qrupu, “Səba” ASC, BALANS Milli Rəqəmsal Bərpa Studiyası, Azərbaycan Mədəniyyət Nazirliyi, “Azərbaycanfilm" kinostudiyası və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı ilə təqdim olundu.















DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Xaçmazda 13 yaşlı velosipedçini avtomobil vurub
  2. Füzulidə avtomobil aşıb, sərnişin ağır xəsarət alıb
  3. Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
  4. Bakıda yolu keçən gənc qızı avtomobil vurub
  5. Bakıda yolu keçən qadını avtomobil vurub
  6. Bakıda xəsarətlə nəticələnən yol qəzası olub
  7. Suraxanı rayonunda avtomobillər toqquşub, yaralanan var
  8. Nərimanov rayonunda avtomobillər toqquşub, yaralanan var
  9. Sumqayıtda təlim maşını yanıb
  10. Sabunçuda avtomobillər toqquşub, xəsarət alan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 400-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir
Bu gün 400-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir
Dövlət İmtahan Mərkəzi mayın 12-də inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB Ətraflı
DİM 25 minə yaxın şagird və abituriyent üçün Azərbaycan dili fənni üzrə imtahan keçirəcək
DİM 25 minə yaxın şagird və abituriyent üçün Azərbaycan dili fənni üzrə imtahan keçirəcək
Mayın 12-də Dövlət İmtahan Mərkəzi (DİM) tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu Ətraflı
Bütün xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Şou biznes
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı
Britni Spirs: “Ədalət yoxdur”
Britni Spirs: “Ədalət yoxdur”
Müğənni Madonnadan onu məhkəməyə verən fanatlarına CAVAB
Müğənni Madonnadan onu məhkəməyə verən fanatlarına CAVAB
Keyt Middltonun dayısı Meqan Marklı ictimaiyyət qarşısında təhqir edib
Keyt Middltonun dayısı Meqan Marklı ictimaiyyət qarşısında təhqir edib
Amerika aktyoru Maykl Emmet Uolş vəfat edib
Amerika aktyoru Maykl Emmet Uolş vəfat edib
“Cockney Rebel” qrupunun solisti vəfat edib
“Cockney Rebel” qrupunun solisti vəfat edib