Çingiz Mustafayev adına ANS ÇM-in satışı üzrə tender tam olaraq ləğv edildi
- 10-01-2020, 17:02
- Manset
Radiotezliyin satılması üzrə tender ölkə ictimaiyyətində ciddi narahatlığa səbəb olmuşdu
Milli Tele Radio Şurası milli reportyor məktəbinin qurucularından biri olan Milli Qəhrəman Çingiz Mustafayevin adını daşıyan radiotezliyin satışı bağlı əvvəlcədən elan edilmiş tenderin ləğv edilməsi barədə qərar qəbul edib.
İstiPress-in məlumatına görə, bu barədə haqqin.az-a məlumatlı mənbələrdən məlum olub.
Söhbət bir zaman ölkədə ən populyar olan əfsanəvi ANS ÇM - 102 FM radio stansiyasından gedir.
Xatırladaq ki, radiotezliyin satılması üzrə tender barədə məlumat ölkə ictimaiyyətində ciddi narahatlığa səbəb olmuşdu.
Onda haqqin.az-ın redaksiyasına yaradıcı ziyalıların nümayəndələrindən, məşhur elm adamlarından, yazıçılardan, jurnalistlərdən, bəstəkarlardan, mədəniyyət xadimlərindən, məşhur ictimai xadimlərdən Milli Qəhrəmanın adını daşıyan radiostansiyanın taleyi barədə narahatlıq ifadə edən müraciətlər daxil olmuşdu.
Milli Qəhrəman Çingiz Mustafayevin ailəsi 102 FM radio tezliyinin satılması ilə bağlı tenderin ləğv edilməsi qərarını alqışlayıb və Prezident İlham Əliyevə, Birinci Vitse-prezident Mehriban Əliyevaya, eləcə də bəzi qüvvələrin ölkə tarixini qaralamasına imkan verməmək üçün müraciət imzalayan bütün ziyalılara təşəkkür bildirib.