azadses.az » Cəmiyyət » Azərbaycanda gələn ildən dövlət satınalmaları tamamilə rəqəmsal platformalarla olacaq

Azərbaycanda gələn ildən dövlət satınalmaları tamamilə rəqəmsal platformalarla olacaq

Azərbaycanda gələn il yanvarın 1-dən "Dövlət satınalmaları haqqında" yeni qanunun tətbiqi ilə dövlət satınalmalarının 100 % rəqəmsal platformalar vasitəsilə təşkil edilməsi və aparılması nəzərdə tutulur.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət üzrə Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində Bakıda keçirilən “Milli iqtisadiyyatda 4-cü sənaye inqilabı texnologiyalarının tətbiqi”nə həsr olunmuş “Yeni nəsil iqtisadiyyatda Süni intellekt: çağırışlar və imkanlar” mövzusunda tədbirdə bildirib.

"Qanun beynəlxalq təcrübəyə uyğun hazırlanıb, bu zaman dövlət təşkilatlarından və bazardan alınmış fikirlər əsasında proseslərin, mənfi məqamların hamısı qiymətləndirilib. Nəticədə yanvarın 1-dən Azərbaycanda dövlət satınalmalarının hamısı rəqəmsal platformalar vasitəsilə aparılacaq. Bunun faydaları böyük olacaq. Biz dövlət satınalmalarına yalnız dövlət vəsaitlərindən səmərəli istifadə yox, həmçinin sahibkarlığın inkişafına dəstək baxımından yanaşırıq. Yeni qanunla tətbiq edilən rəqəmsallaşmanın yalnız əlçatanlıq, şəffaflıq cəhətdən deyil, bir müddətdən sonra dövlət satınalmaları üzrə dərin datanın tətbiqi nəticəsində alternativ, daha effektiv və daha səmərəli həllərin ortaya çıxması baxımından faydalı olacağına inanırıq. Artıq yeni qanuna uyğun olaraq dövlət satınalmalarının elektron platformasının təkmilləşdirilməsinin son mərhələsindəyik. Süni intellekt vasitəsilə dövlət satınalmalarındakı nöqsanların aşkar edilməsi üzrə tərəfdaş şirkətlərlə işləyirik", - deyə o qeyd edib.

M. Abbasbəyli vurğulayıb ki, Dövlət Xidməti həm də rəqabət və istehlakçıların hüquqlarının müdafiəsi üzrə çalışır: "Hər bir sahə üzrə əsas fokusumuz bu sahənin rəqəmsallaşdırılmasıdır. Artıq Dövlət Xidmətinin rəqabət platformasının və keyfiyyət platformasının da formalaşması son mərhələdədir. Bu platformaların da tətbiqindən sonra Xidmətin bütün fəaliyyət istiqamətləri rəqəmsallaşdırılacaq".
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Şağanda kişi qonşularını bıçaqlayıb, ölən və yaralılar var
  2. Salyanda avtomobil aşıb, bir ailənin 6 üzvü xəsarət alıb
  3. Suraxanıda 60 yaşlı qadını avtomobil vurub
  4. Ucarda 44 yaşlı kişi yol qəzasında yaralanıb
  5. Xətai rayonunda yük maşını aşıb, yaralanan var
  6. Suraxanıda avtomobillər toqquşub, 34 yaşlı kişi xəsarət alıb
  7. Bakıda yol qəzasında 1 yaşlı körpə xəsarət alıb
  8. Subunçuda avtomobil aşıb, xəsarət alan var
  9. Şamaxıda 4 yaşlı uşaq yol qəzasında xəsarət alıb
  10. Argentinada 6 maqnitudalı zəlzələ olub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
Bu gün dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
Oktyabrın 6-da Dövlət İmtahan Mərkəzi (DİM) inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB qruplarına Ətraflı
Xaricdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı verəcəklər
Xaricdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı verəcəklər
Oktyabrın 6-da Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün Ətraflı
Bütün xəbərlər
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?