Tahir Mirkişili: "Dövlət satınalmalarının ÜDM-yə nisbəti 5 %-ə enib"
- 22-06-2023, 17:31
- İqtisadiyyat
Ötən il Azərbaycanda dövlət satınalmalarının həcmi ümumi daxili məhsula (ÜDM) nisbəti 1,5 faiz bəndi azalaraq 5 %-ə enib.
“Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
O bildirib ki, satınalma məbləğinin dövlət büdcəsinin xərclərinə nisbəti isə 0,8 faiz bəndi azalaraq 21,1 %-ə enib:
“Bu göstəricilər son illərdə ən aşağı göstərici olub. Qeyd edək ki, 1-ci nisbətin azalması neftin qiymətinin yüksək olması səbəbindən ÜDM-in yüksək məbləğlə ifadə edilməsi ilə əlaqələndirilə bilsə də, digər göstəricidə olan azalma suallar yaradır. Belə ki, əksər ölkələrdə dövlət satınalmaları dövlət büdcəsinin 30-42 %-i həcmindədir. Aparılmış nəzarət tədbirləri göstərir ki, bəzi xərclərin satınalma keçirilmədən aparılması, xərc əməliyyatlarının xəzinə müşayiəti ilə aparılmaması və bir mənbədən satınalma metodunun tətbiqi ilə bağlı qeydiyyatın-uçotun tam olmaması dövlət satınalmalarının dövlət büdcə xərclərində xüsusi çəkisinə təsiri olub”.
T. Mirkişili qeyd edib ki, ötən il ölkə üzrə ümumilikdə 12 102 sayda satınalma tətbiq edilməklə 6 milyard 779,2 milyon manat məbləğində satınalma müqavilələri “Dövlət satınalmaları haqqında” Qanunu ilə müəyyən edilmiş metodlar tətbiq edilməklə bağlanılıb ki, bu da 2021-ci illə müqayisədə satınalmaya cəlb edilmiş məbləğdən 767,5 milyon manat və ya 12,8 % çox, say baxımından 27 və ya 0,2 % azdır. Say baxımından 2022-ci ildə satınalmalar arasında bir mənbədən satınalma metodu 35,4 %, açıq tender (elektron daxil olmaqla) 33,6 %, kotirovka sorğusu 27 %, təkliflər sorğusu 4 % paya malik olub. Məbləğ baxımından satınalmada açıq tender (elektron daxil olmaqla) ümumi məbləğdə 50,6 %, bir mənbədən satınalma metodu 33,6 %, təkliflər sorğusu 14,8 %, kotirovka sorğusu 1 % paya malik olub".
Komitə sədrinin sözlərinə görə, ötən il ərzində satınalma metodlarının say baxımından 40,5 %-i ilin birinci yarısında, 59,5 %-i isə ikinci yarısında tətbiq edilib: "Məbləğ ifadəsində bu göstəricilər 44,1 % və 55,9 % olub. Keçirilmiş satınalmaların məbləğ baxımından 2022-ci ilin rübləri üzrə dinamikası aşağıdakı kimi olub. Dövlət satınalmalarının məbləğ ifadəsində 35,1 %-i və ya 2 milyard 379,9 milyon manatı, o cümlədən açıq tender üzrə satınalmaların 28,2 %-i və ya 628,5 milyon manatı, elektron açıq tender üzrə satınalmaların 43 %-i və ya 517,5 milyon manatı, kotirovka sorğusu üzrə satınalmaların 44,1%-i və ya 30 milyon manatı, təkliflər sorğusu üzrə satınalmaların 68,7 %-i və ya 689 milyon manatı, bir mənbədən keçirilən satınalmaların 22,6 %-i və ya 515 milyon manatı ilin IV rübünü əhatə edib".