Azərbaycanda reklam fəaliyyətinə nəzarətlə bağlı işçi qrup yaradılacaq
![](/uploads/posts/2022-11/medium/1667550755_4433f5bc-4cd7-33de-b08a-a78a5843ae26_850.jpg)
“Report” xəbər verir ki, bunu Bakıda “Audiovizual media məkanında reklam fəaliyyəti” mövzusunda keçirilən seminarda dövlət xidmətinin rəisi Məmməd Abbasbəyli bildirib.
O qeyd edib ki, reklam sahəsində fəaliyyətlərin tənzimləməsi üçün əsas məsələlərdən biri də Rəqabət Məcəlləsinin qəbul edilməsidir:
“Ümid edirəm ki, qısa müddətdə qanun layihəsi Milli Məclisə təqdim ediləcək. Rəqabət Məcəlləsi qəbul olunduqdan sonra buna dair müxtəlif seminarlar keçiriləcək”.