Dərmanların qiyməti süni şəkildə artırılır? - RƏSMİ AÇIQLAMA
- 7-12-2020, 16:23
- İqtisadiyyat
“Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri Azərbaycan Respublikası Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Aptek təşkilatları da həmin tənzimlənmiş qiymətlərə uyğun olaraq dərman vasitələrinin satışını həyata keçirməlidir".
''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, bu sözləri İqtisadiyyat və Sənaye Nazirliyi yanında Anttiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin şöbə müdiri Şahin Nağıyev açıqlamasında deyib. O bildirib ki, ümumiyyətlə qeydiyyata alınmış bütün dərman vasitələrinin qiyməti dövlət tərəfindən tənzimlənir:
“Həmin qiymətlər də dərmanın qablaşdırma forması, dozası, istehsalçı ölkə və müəssisə üzrə müəyyən edilir. Bu qiymətlər İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak bazarına nəzarət xidməti və Tarif (qiymət) Şurasının rəsmi internet saytında yerləşdirilir. Əgər istehlakçılar həmin dərman vasitələrinə fərqli qiymət ilə rastlaşsalar, aidiyyatı üzrə İqtisadiyyat Nazirliyinə və ya Antiinhisar Dövlət Xidmətinə müraciət edə bilərlər.
Bir sözlə, aptek təşkilatları dərman vasitələrini təsdiq edilmiş qiymətdən fərqli qiymətə sata bilməzlər. Buna görə qanunvericilikdə məsuliyyət nəzərdə tutulub”.