"Azərkosmos"un meneceri: "Könüllülük proqramı sosiallaşmaq üçün olduqca əhəmiyyətlidir"
- 8-09-2023, 15:21
- Cəmiyyət
"Könüllülük proqramı sosiallaşmaq üçün olduqca əhəmiyyətlidir".
"Report" xəbər verir ki, bunu "Azərkosmos"un işçi qüvvəsi üzrə meneceri Tural Hümbətov “DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün vahid platforma” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, könüllülər arasında daha çox 17-20 yaş aralığında olan gənclər iştirak edir: "Könüllülük fəaliyyəti gənclərimizin cəmiyyətdə özlərini lazımlı hiss etmələri üçün də olduqca vacibdir və bu, sosiallaşmaq üçün önəmli faktordur. Könüllülük vaxtın səmərəli keçirilməsi baxımından da önəmlidir. Onu da qeyd etmək istəyirəm ki, bu kimi tədbirlərdə iştirak edən könüllülər xarici və yerli spikerlərlə həmsöhbət olmaq, aktivləşmək şansını əldə edirlər. Həmçinin, bildirməliyəm ki, hazırda DOST Agentliyinin özündə də əvvəl könüllü kimi çalışıb, sonra agentliyin işçisi olan şəxslər var".