Koronavirusdan sağalan şəxslərə də VAKSİN VURULACAQ- AÇIQLAMA
- 11-01-2021, 14:38
- Cəmiyyət
Xəbər verdiyimiz kimi, ölkəmizdə koronavirus tədbirləri çərçivəsində əhalini həsss qrupundan olan insanlar, tibb işçiləri, yaşı 65-dən yuxarı insanlar, tənəffüs yollarında xroniki xəstəliyi olan şəxslər, ərzaq mağazalarında işləyən işçilər yanvarın ortalarında tətbiq ediləcək vaksinləşmədə iştirak edərək, bu prosesə cəlb olunacaqlar. Vaksinləşmə ümumilikdə könüllülük prinsipi ilə aparılacaq.
Maraqlıdır, koronavirusdan sağalan xəstələrin vaksinləşməsi də aparılacaqmı? Müalicədən sonra onların orqanizmlərində immunitetin yaranmasını və bəzi tanınmış həkimlərin virusun belə şəxslər tərəfindən yenidən başqasına keçiriciliyini nəzərə alsaq vaksinləşmə zəruridirmi?
Bununla bağlı Sonxeber.az-a AHİB üzvü, dosent Ədalət Rüstəm danışıb:
"Koronavirusdan sağalan xəstələr vaksinləşəcək. Bu həssas qrupa daxil olan insanların vaksinləşməsindən sonrakı mərhələdə çox ehtimal aparılacaq. Yəni, birinci risk qrupuna aid olan vətəndşalar vaksinləşəcək, daha sonra xəstəlikdən sağalmış şəxslərə növbə veriləcək".