“Azərbaycanda yerli vaksinin hazırlanması ilə bağlı işlər görülür”
- 9-04-2022, 16:23
- Cəmiyyət
“Azərbaycanda Türkiyə istehsalı olan “Turkovac” vaksininin üçüncü faza sınaqlarında könüllü iştirak etmək istəyən şəxslər var”.
“Azadsəs.az” “Report”a istinadən xəbər verir ki, bu barədə Səhiyyə naziri Teymur Musayev bildirib.
İki ölkə arasında imzalanan müqaviləyə əsasən, sınaqların Bakı Sağlamlıq Mərkəzində baş tutacağını xatırladan nazir bildirib ki, artıq könüllü olmaq üçün müraciət edənlər var: “Ümumi nəticələr əldə olunduqdan sonra yekun məlumatlar Türkiyə tərəfinə təqdim olunacaq. Yekun nəticələr barədə də ictimaiyyətə rəsmi açıqlama veriləcək”.
O qeyd edib ki, “Turkovac”ın üçüncü faza sınaqları isə sırf buster doza kimi istifadə üçün nəzərdə tutulub. Uğurlu olandan sonra vətəndaşlarımıza seçim kimi təqdim olunacaq.
Nazir, həmçinin əlavə edib ki, Azərbaycanda yerli vaksinin hazırlanması ilə bağlı işlər görülür. Söhbət sırf Sars-Cov2 əleyhinə vaksindən getmir. T. Musayevin sözlərinə görə, vaksin istehsalı strateji məsələdir: “Yəqin ki, bu istiqamətdə aparılan işlər nəticəsində Azərbaycanda istənilən halda mümkün olan pandemik çağırışlara çox çevik və effektiv cavab olaraq vaksin istehsalı təmin edilə bilər”.