DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi İT sahəsi üzrə könüllü proqramına başlayır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi (DOST RİM) fəaliyyətində könüllülük proqramının təşkili prosesinə də yer ayıracaq.
Nazirlikdən bildirilib ki, məqsəd İKT ilə bağlı təbliğat və maarifləndirmə işinin aparılması, İKT sahəsi üzrə biliklərə yiyələnmək istəyən gənclərə dəstək olmaq, onlara nəzəri və praktiki təlimlər keçirilməsi, onların innovativ yeniliklərdən istifadəsinə şərait yaradılması, nəticədə “Rəqəmsal könüllülər ailəsi”nin formalaşdırılmasıdır.
Bu istiqamətdə DOST Agentliyinin “Könüllü DOST” proqramında iştirak etmiş gənclərə və İT sahəsinə marağı ilə seçilən Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələrinə üstünlük verilib.
Hazırda mərkəzin mütəxəssisləri tərəfindən təcrübə keçəcək könüllülərin seçimi aparılır. İlkin mərhələdə 25-30 gəncin iki ay müddətinə könüllü proqramına cəlb edilməsi nəzərdə tutulur.