azadses.az » Cəmiyyət » Nazir müavini: “Bu il ölkə üzrə 3 milyon ağacın əkilməsini hədəfləyirik”

Nazir müavini: “Bu il ölkə üzrə 3 milyon ağacın əkilməsini hədəfləyirik”

Nazir müavini: “Bu il ölkə üzrə 3 milyon ağacın əkilməsini hədəfləyirik”

“Sevindiricidir ki, ölkəmizdə ağac əkilməsi işi daha da kütləviləşib, ənənə halını alıb. Son illər bir çox dövlət qurumları da öz peşə bayramlarını, əlamətdar günlərini ağac əkməklə, təbiətə töhfə verməklə qeyd edirlər. Olduqca qürurvericidir ki, aparılan maarifləndirmə işləri, ağacəkmənin təbliği və təşviqi nəticə verir, bu da təbiətə dost münasibətin formalaşdırılmasında çox önəmli bir missiyadır”.

Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib.

“Artıq yaz əkin kampaniyası başlayıb. 2023-cü ilin yaz və payız ağacəkmə mövsümlərində ölkə üzrə 3 milyon ağacın əkilməsini hədəfləyirik. Fürsətdən istifadə edib ağacəkmə tədbirlərində fəal iştirak edərək ətraf mühitə töhfə verən, təbiətin mühafizəsinə qayğı və həssas münasibət göstərən təbiətsevərlərə, dövlət və özəl qurumlara, o cümlədən ağacəkmə tədbirlərində xüsusi fəallıq göstərən tərəfdaşlarımızdan olan Dövlət Gömrük Komitəsinə, Azərbaycan Banklar Assosiasiyasına, “Azərişıq” və “AzərEnerji” açıq səhmdar cəmiyyətlərinə göstərdikləri davamlı dəstəyə görə təşəkkür edirik. Bu qurumlar Abşeron yarımadasının əvvəllər heç vaxt ağac əkilməyən boş sahələrində görülməsi zəruri olan işləri öz üzərinə götürüb, ərazinin damcılı suvarma şəbəkəsi ilə təmin olunmasında yaxından iştirak ediblər. Bu da əkilən ağacların bitmə faizinin yüksək olacağına əminlik yaradır".

Nazir müavinin sözlərinə görə, ağacəkmə aksiyaları Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisini də əhatə edir, Ağdamda, Cəbrayılda, Zəngilanda, Laçında və Kəlbəcərdə də ağacəkmə aksiyası keçirilir.

“Təqdirəlayiqdir ki, bu ərazilərdə fəaliyyət göstərən şirkətlər də dağıdılmış, məhv edilmiş təbiətin yenidən canlandırılmasına töhfə vermək, ətraf mühitin sağlamlaşdırılmasında yaxından iştirak etmək istəyirlər. Artıq ictimaiyyətdə, eləcə də, qurumlar, təşkilatlar arasında bu həssas məsələyə münasibət yaxşı mənada formalaşıb.

Təbiətə qayğı göstərən, onu düşünən hər kəsi, təşkilatları, dövlət və özəl qurumları yaşıllıq sahələrinin çoxalmasına töhfə verməyə, ağacəkmə tədbirlərində daha da fəallıq göstərməyə, Vətənimizi zəngin yaşıllıqlar diyarına çevirməyə çağırırıq.

Biz ölkəmizin təbii mühitinin oksigenlə daha da zənginləşdirilməsi, insanlarımızın daha sağlam ətraf mühitdə yaşaması üçün ölkəmizdə bərqərar olmuş kütləvi ağacəkmə ənənələrini bundan sonra da davam etdirəcəyik və inanıram ki, hamımız ulu öndərin arzu etdiyi kimi, təbiəti qoruyanlar olacağıq.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  2. Binədə yolu keçən qadını avtomobil vurub
  3. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  4. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  5. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
  6. Samuxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
  7. Qəzada ölən vəzifəli şəxsin ailəsi 1 milyon manata yaxın təzminat tələb edir
  8. Günəşdə ən yüksək dərəcəli partlayış baş verdi
  9. Salyanda elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB
  10. Pirallahıda 44 yaşlı kişini avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?