azadses.az » Şou biznes » Tofiq Həsənsoy: “Aparıcının improvizə etmək qabiliyyəti çox önəmlidir”

Tofiq Həsənsoy: “Aparıcının improvizə etmək qabiliyyəti çox önəmlidir”

“Aparıcının improvizə etmək qabiliyyəti çox önəmlidir. Anında reaksiya göstərmək, canlı efirdə özünü itirməmək tələb olunur”.

Bu fikirləri AzTV-nin “Telesəhər” verilişinin aparıcısı Tofiq Həsənsoy Medianın İnkişafı Agentliyinin həyata keçirdiyi “MEDİA könüllüləri” proqramı çərçivəsində “Report” İnformasiya Agentliyində fəaliyyət göstərən “Media Məktəbi”nin və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Teleradio Akademiyasının birgə iştirakı ilə təşkil olunan görüşdə deyib.

Tofiq Həsənsoy gənc jurnalistləri ən çətin mövzulardan belə çəkinməməyə çağırıb: “Jurnalist “odun” içinə atılsa belə, çabalaya-çabalaya vəziyyətdən çıxmalıdır. Aparıcı müzakirə etdiyi mövzunu detallı araşdırmalı, efirə əvvəlcədən hazırlaşmalı, mütləq öz dəst-xəttini tapmalıdır. “Telesəhər”in bir efirində bəzən 5-6 mövzuya toxunmalı olursan, nəyisə bilməməyin mümkün deyil”.

Report Media Məktəbinin rəhbəri İsmayıl Rafiqoğlu görüş zamanı “MEDİA könüllüləri”nin fəaliyyətindən danışıb: “Həyat çox dəyişib. Bu təlimlərdə qarşılıqlı bir bilik mübadiləsi baş tutur. Bir sıra məsələdə gənclər bəzən yaşlı nəslə nisbətən daha irəlidə görünürlər. Bir növ həm öyrədirik, həm də öyrənirik. Bu gün jurnalistikada təhsil alan gənc sabah çalışacağı yerə artıq hazırlıqlı gəlməlidir. Xəbər hazırlamaq, onu duymaq, lazımi əlaqələr yaratmaq bacarığı indidən formalaşmalıdır”.

Qeyd edək ki, “MEDİA könüllüləri” proqramını Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi reallaşdırır. Proqram media sahəsinin inkişafı istiqamətində həyata keçirilən layihələr çərçivəsində gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların təcrübi biliklərini artırmaq, yaradıcı-innovativ potensialını stimullaşdırmaq və ölkədə media sahəsində könüllülük hərəkatını genişləndirmək məqsədilə təşkil edilir.

Proqram 2021-ci ilin sentyabr ayında start götürüb. “MEDİA könüllüləri” proqramı çərçivəsində iki qrup olmaqla 17 gənc jurnalist “Report” İnformasiya Agentliyində fəaliyyət göstərən “Media Məktəbi”ndə 2 həftəlik təcrübə proqramını bitirib.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda 62 yaşlı qadının xəsarət alması ilə nəticələnən yol qəzası olub
  2. Bakıda xəsarətlə nəticələnən yol qəzası olub
  3. Zaqatalada 44 yaşlı qadını qətlə yetirən qardaşı tutulub - YENİLƏNİB
  4. Sabunçu rayonunda avtomobil yolu keçən piyadanı vurub
  5. Bakıda 14 yaşlı yeniyetmə yol qəzasında xəsarət alıb
  6. Bakıda yol qəzası olub, xəsarət alan var
  7. Bakıda gənc qadın yol qəzasında xəsarət alıb
  8. Xırdalanda motosiklet avtomobillə toqquşub, maşındakı uşaq yaralanıb
  9. Sarayda 9 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  10. Bakıda ərəb turisti avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bakı ilə London arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Bakı ilə London arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Böyük Britaniyanın Lordlar Palatasında Azərbaycanla təhsil sahəsində əməkdaşlığa dair müzakirələr aparılıb. “Report”un Ətraflı
Xalq artisti: "Sənət bazar deyil, özünə qiymət qoyasan"
Xalq artisti: "Sənət bazar deyil, özünə qiymət qoyasan"
"Sənət bazar deyil, özünə qiymət qoyasan". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Fatma Mahmudova Ətraflı
Bütün xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Şou biznes
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı
Britni Spirs: “Ədalət yoxdur”
Britni Spirs: “Ədalət yoxdur”
Müğənni Madonnadan onu məhkəməyə verən fanatlarına CAVAB
Müğənni Madonnadan onu məhkəməyə verən fanatlarına CAVAB
Keyt Middltonun dayısı Meqan Marklı ictimaiyyət qarşısında təhqir edib
Keyt Middltonun dayısı Meqan Marklı ictimaiyyət qarşısında təhqir edib
Amerika aktyoru Maykl Emmet Uolş vəfat edib
Amerika aktyoru Maykl Emmet Uolş vəfat edib