azadses.az » Cəmiyyət » Azərbaycan millisinin baş məşqçisi: “İnsan fiziki zəif olanda yox, psixoloji cəhətdən hazır olmayanda uduzur”

Azərbaycan millisinin baş məşqçisi: “İnsan fiziki zəif olanda yox, psixoloji cəhətdən hazır olmayanda uduzur”

“İnsan fiziki cəhətdən zəif olanda yox, psixoloji cəhətdən hazır olmayanda uduzur. Xüsusilə də məşqlərdə bu nüans vacib rol oynayır. Yarış isə bizim necə hazırlaşmağımızı göstərən səhnədir”.

“Report”un məlumatına görə, bunu yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Aleksandr Tarakanov Bakıda keçirilən Dünya Kubokunun final görüşündən sonra jurnalistlərə açıqlamasında deyib.

Təcrübəli mütəxəssis bildirib ki, ilin sonu olduğu üçün güləşçilərdən bir çoxunun zədə problemi olub:

“Bununla bağlı məşqçilərlə danışıqlarımız olmuşdu. Aşağı çəkilərdə rəqabət yaxşıdır. Bunun nəticəsində onlarda inkişaf var. Güvəndiyimiz, nəticə gözlədiyimiz çəki dərəcələrindəki idmançılar bu gün də yaxşı çıxış etdilər. Bu komanda Avropa çempionu oldu, dünya çempionatının mükafatını qazandı, bu yarışda isə finala çıxdı”.

Rusiyalı məşqçi Dünya yığması ilə qarşılaşmanı xüsusi vurğulayaraq bildirib ki, o komandanın heyətində dünya çempionatının qalibləri, mükafatçıları çıxış edirdilər:

“Onlara qalib gəldik, amma finalda İrana məğlub olduq. Düşünməli, nəticə çıxarmalı, analiz etməli bir çox məsələlər var. Məşqçilərlə birlikdə bunun üzərində işləyəcəyik”.

Tarakanov bizdən fərqli olaraq İran yığmasının daha çox gənclərə şans verməsi ilə bağlı sualın cavabında qeyd edib ki, bu ölkədə güləşçilər arasında geniş seçim imkanı var:

“Təkcə elə əhali sayı arasındakı fərqə baxanda bunu görmək mümkündür. Bizim çempionatımızda onlardakından daha az güləşçi iştirak edir. Rəqabət səviyyələri arasında çox fərq var. İranın ölkə çempionatında 300-dən çox güləşçi iştirak edirsə, bizdə bu say maksimum 120 olur. Bu səbəbdən biz gəncləri çox önə çıxara bilmirik. Amma yenə də imkan daxilində onlara şans verməyə çalışırıq. Bu gün 60 kq-da Nihad Məmmədli güləşdi. Pis də çıxış etmədi. Mübarizəyə yaxşı başlamışdı. Bir az, bəlkə, təcrübəsi çatmadı. Məşqlərdə də yaxşı iştirak edir. Artıq özünü isbatlamaq ərəfəsindədir”.

Milli komandanın baş məşqçisi aşağı çəkilərdən fərqli olaraq ağır çəkilərdə zəif olduğumuzu da qeyd edib:

“Yüngül çəkilərdə rəqib qarşısında üstünlük qursaq da, sonradan bu üstünlüyü əldən verdik. 97 kq-da Arif Niftullayevdən qələbə gözləyirdik. Amma o, elə səhvə yol verdi ki, belə xətaları bu kimi yarışlarda bağışlamırlar. Mənim də, azarkeşlərin də, heç kimin bugünkü çıxışı xoşuna gəlmədi. Özünə və komandaya qarşı belə yanaşmaq olmaz. Dünya çempionatında o, əla mübarizə aparmışdı və üçüncü yeri tutmuşdu. Orada, demək olar ki, bütün rəqibləri dünya çempionatının və Olimpiadaların mükafatçıları idilər. Burada isə ola bilsin ki, psixoloji olaraq nəsə çatmadı. Bir az dincəlib özümüzə gələndən sonra bir daha aydınlaşdıracağıq”.

Superağır çəkidə - 130 kq-da mübarizə aparan Beka Kandelakinin görüş ərzində önə keçsə də, sonradan bu üstünlüyünü qoruyub-saxlaya bilməməsinə və rəqibinə hansısa fəndlə deyil, sadəcə dəfələrlə xalçadan kənara çıxarılmaqla məğlub olmasına da toxunan rusiyalı mütəxəssis onda ambisiyanın çatışmadığını deyib:

“Bu cür yarışlarda qalib gəlmək üçün superağır çəkidəki idmançılarımız məşqdə daha çox çalışmalıdırlar. Fakt budur ki, məğlub oldular. İdmançı gərək qələbə qazanmaq, uğur əldə etmək üçün cəhd etsin, ambisiyalı olsun. Doğrudur, yunan-Roma güləşçisi gərək fiziki cəhətdən də güclü olsun, amma fəndlərdən istifadə etmək də önəmlidir. Məşqlərdə kim ki çalışır, əziyyət çəkir, mübarizə aparırsa, oradan da nəticə çıxır. Kiçik çəkilərdə belə rəqabət var deyə nəticə də var. Ağır çəkilərdə isə bu aqressiya, bu əzmkarlıq yoxdur. Məşq prosesini yaxşı səviyyədə keçirmirsənsə, yarışda da istədiyin nəticə alınmayacaq”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qaraçuxurda motosikletçi yol qəzasında xəsarət alan var
  2. Tərtərdə avtomobil beton maneəyə çırpılıb, gənc qız ağır yaralanıb
  3. Səbail rayonunda avtomobillərin toqquşması zamanı ahıl qadın xəsarət alıb
  4. Bakıda yol qəzası olub, xəsarət alan var
  5. Talış Dağlıq zonasında güclü zəlzələ olub
  6. Samuxda narkotik yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb
  7. Sabunçu prokurorluğunda 31 yaşlı kişinin qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB
  8. Qazaxda avtomobilin vurduğu piyada xəstəxanada ölüb - YENİLƏNİB
  9. Bakıda yolu keçən 42 yaşlı qadını avtomobil vurub
  10. Sabahın hava proqnozu: Leysan xarakterli yağış yağacaq, şimşək çaxacaq
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Şou biznes
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı