Bakıda güləş üzrə Avropa çempionatı keçiriləcək
- 3-03-2022, 13:22
- İdman
2024-cü ildə 23 yaşadək güləşçilərin Avropa çempionatı Bakıda keçiriləcək.
“Azadsəs.az” xəbər verir ki, bu barədə Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin onlayn iclasında qərar qəbul olunub.
UWW-nin Büro Üzvü, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Əliyevin də qatıldığı vebinarda yunan-Roma güləşi üzrə Dünya Kubokunun da Azərbaycanda təşkil olunacağı rəsmiləşib. Turnir 5 - 6 noyabrda gerçəkləşəcək.
2023-cü ildə il böyüklər arasında baş tutacaq Avropa çempionatının təşkilatçılığı isə Xorvatiyanın paytaxtı Zaqrebə həvalə olunub.