“Koronavirusa görə 7 kq arıqladım” - Canni De Byazi
- 4-01-2022, 11:16
- İdman
Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi koronavirusa yoluxmasından və peyvənd olunmasından danışıb.
“Azadsəs.az” xəbər verir ki, o, ölkəsinin mətbuatına açıqlamasında peyvəndlərin ona çox köməklik etdiyini bildirib:
“Azərbaycanda koronavirusla bağlı vəziyyət yaxşıdır. Xoşbəxtlikdən xəstəxanaya yerləşdirilməyə ehtiyacım olmadı. Çox diqqətli olmalı və koronavirusu ciddiyə almalısınız. Koronavirusa yoluxmaq mənim üçün ağır idi. İkitərəfli pnevmoniyaya görə 7 kq arıqladım. Üstəlik, peyvənd olunmağım da mənə çox kömək etdi. Sevinirəm ki, fiziki cəhətdən güclüyəm”.
Qeyd edək ki, AFFA dekabrın 2-də Canni De Byazinin müqaviləsini 2022-ci ilin noyabrınadək uzadıb.