azadses.az » Cəmiyyət » “Ermənistan informasiya, diplomatiya və hərb müstəvisində məğlubiyyətin şokunu yaşayır”

“Ermənistan informasiya, diplomatiya və hərb müstəvisində məğlubiyyətin şokunu yaşayır”

Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini pozaraq hərbi təxribat törədən Ermənistan silahlı qüvvələrinin qarşısı ölkəmizin qüdrətli ordusu tərəfindən layiqincə alındı, təcavüzkar dövlət növbəti dəfə iflasa düçar olaraq öz məkrli niyyətinə çata bilmədi.
Azad Səs xəbər verir ki, bu fikirləri Trend-ə Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib:
Bundan sonra informasiya platformasında dezinformasiya və manipulyasiyalar vasitəsilə yeni təxribatçı hərəkətlərə yol verərək kiberterrora əl atan Ermənistan növbəti dəfə fiaskoya uğradı. Özündə terror elementlərini ehtiva edən hərəkətləri ABŞ-da və Avropanın bəzi ölkələrində dinc azərbaycanlı aksiyaçılara və ölkəmizin diplomatik nümayəndəliklərinə hücumla davam etdirən ermənilər öz radikal və aqressiv mahiyyətlərini bir daha bütün dünyaya nümayiş etdirdilər. Xüsusilə də, baş vermiş hadisələr son hadisələrin fonunda azərbaycanlıların fəallığı erməni lobbsinin mürtəce simasını növbəti dəfə ifşa etdi. Beləliklə, Azərbaycan diaspor təşkilatlarının xüsusi fəallığı Ermənistanı çətin sınaq qarşısında qoydu, hətta tarixdə ilk dəfə erməni lobbisi Azərbaycan diasporunun təzyiqi qarşısında aciz vəziyyətdə qaldı.Bu uğursuzluq hərb və informasiya müstəvisində iflasa düçar olmuş Paşinyanı yeni addım atmağa vadar etdi və beləliklə, o, “çıxış yolu”nu Ermənistanın diasporla iş üzrə komissarının ofisində təmizləmə əməliyyatı aparmaqda gördü. Rəhbər vəzifəli şəxslər də daxil olmaqla 13 nəfərin işdən kənarlaşdırılması artıq erməni diasporunun fəaliyyətində ciddi problemlər yarandığını göstərməklə yanaşı, Ermənistan rəhbərliyinin siyasi isterika içində bütün inzibatı resursları səfəərbər etdiyini göstərir. İşğalçı ölkə mətbuatı da Paşinyanın psixoloji məğlubiyyət sindromundan əziyyət çəkdiyini, eyni zamanda, Ermənistan cəmiyyətinin narazılığı nisbətən azaltmaq üçün Diaspor Komitəsinin şöbə müdirlərini günahkar kimi təqdim etdiyini yazır. İrəvanda nəşr olunan “Past” qəzetinin yaydığı məlumata görə, erməni lobbisinin Azərbaycan diasporuna uduzması həm Paşinyanı, həm də bu ölkə ictimaiyyətini qəzəbləndirib, narazılıqlar getdikcə artmaqdadır. Hətta hakimiyyət daxilində ziddiyyətlər konfrantasiya səviyyəsinə çatıb. Belə ki, Paşinyan Diaspor İşləri Komitəsinin rəhbəri Zare Sinanyanla ciddi mübahisə edərək onun diaspor siyasətinin tam uğursuzluğa düçar olduğunu bildirib.
Beləliklə, işğalçı ölkədə həm hakimiyyət dairələri erməni lobbisinin Azərbaycan diasporu qarşısında aciz və məğlub duruma düşməsindən ciddi narahatdırlar. Paşinyan isə manevrlərlə həm diqqəti yayındırmağa, həm də məğlubiyyətin “günahkarlar”ını cəzalandırmağa çalışır. Bütövlükdə, Ermənistan total şəkildə informasiya, diplomatiya və hərb müstəvisində məğlubiyyətin şokunu yaşayır. Məğlubluq sindromu isə hakimiyyət böhranını dərinləşdirməklə yanaşı, Paşinyana qarşı ictimai-siyasi narazılıqların artmasını və yeni etiraz dalğasının meydana çıxmasını şərtləndirir.

DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  2. Binədə yolu keçən qadını avtomobil vurub
  3. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  4. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  5. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
  6. Samuxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
  7. Qəzada ölən vəzifəli şəxsin ailəsi 1 milyon manata yaxın təzminat tələb edir
  8. Günəşdə ən yüksək dərəcəli partlayış baş verdi
  9. Salyanda elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB
  10. Pirallahıda 44 yaşlı kişini avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?