Koronavirus daha böyük fəlakətlərə səbəb olacaq - VARLI ÖLKƏLƏRİN QƏDDARLIĞI...
- 21-02-2021, 16:30
- Cəmiyyət
Zəngin ölkələr koronavirus vaksinlərini əllərində cəmləşdirib və 130 ölkədə hələ də vaksin tapılmır. Bəs bu vəziyyət epidemiyaya necə təsir edir?
''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, bu barədə beynəlxalq mediada məqalə dərc olunub.
Bildirilib ki, peyvəndin inkişafı üçün alimlər arasında beynəlxalq əməkdaşlıq həlledici əhəmiyyətə malikdir. Bu əməkdaşlığın yetəri səviyyədə olmaması pandemiyaya son qoymaq üçün əngəl yaradır.
Dünya əhalisinin 16%-i yaşayan varlı ölkələr istehsal olunan peyvəndin 60%-ni satın alıblar. Bu ölkələrin əksəriyyəti infeksiyaya qarşı immunitet yaratmaq məqsədilə əhalinin 70%-ni vaksinasiya etməyi planlaşdırır. Peyvəndin hər kəs üçün əlçatan olması üçün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən hazırlanan COVAX planı, az gəlirli ölkələrin əhalisinin 20%-ni peyvəndləmək üçün nəzərdə tutulub. Lakin bunu həyata keçirmək olduqca çətindir.
Peyvənd millətçiliyi yalnız mənəvi cəhətdən qəbuledilməz deyil, həm də epidemioloji problemlər yaradır. Peyvəndin əlçatmazlığı virusun qarşısını almağı mümkünsüz hala gətirə bilər.
Varlı ölkələrin peyvəndləri özləri üçün saxlaması pandemiyadan xilas olmağı mümkünsüz edir.